Ramzan Kadırov Arakana müsəlmanlarına qarşı soyqırıma etiraz etdi - VİDEO

  • By admin
  • 04 Sentyabr 2017 16:10

kadirov

Arakana müsəlmanlarına qarşı soyqırıma etiraz olaraq Qroznıda bir milyondan artıq insanın iştirakı ilə mitinq keçirilib.

Gununsesi.info interfax-a istinadən xəbər verir ki, Çeçenistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən mitinqdə 1,1 milyon insan iştirak edib.

Mitinqdə digər şəxslərlə yanaşı, Çeçenistan rəhbəri Ramzan Kadırov da çıxış edərək Arakanada müsəlmanlara qarşı insanlığa sığmayan vəhşilikləri və müsəlmanlara qarşı törədilən soyqırımı pisləyərək, təcili bu qətliamı dayandırmağı, cinayətkarlara qarşı ciddi tədbirlər görülməsi məqsədi ilə beynəlxalq aləmin səfərbər olmasını tələb edib.

Aksiya “Myanma müsəlmanlarına qarşı soyqırım dayandırılsın” şüarı altında keçib.

https://www.youtube.com/watch?v=Dt3o-x9CIAs&feature=youtu.be

Gununsesi.info