Ermənistanda zəlzələ olub

  • Müəllif: Firuzə
  • 22 İyun 2026 10:09

Ermənistanda 2,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrində intensivlik 2-3 bal təşkil edib.

Yeraltı təkanlar Tavuş vilayətində, o cümlədən İcevan və Noyemberyan şəhərlərində, həmçinin Koxb, Açacur və Voskepar kəndlərində hiss olunub. Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub.

Gununsesi.info