Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş

  • Müəllif: Firuzə
  • 06 Avqust 2026 10:19

Bakıda ticarət mərkəzində liftin qırılması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Gununsesi.info  xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Laçın” ticarət mərkəzinin şaxtasında baş verib. 1962-ci il təvəllüdlü Namiq Məmmədov liftin şaxtasına düşərək ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, orada ölüb.

Məlumata görə, N.Məmmədov Bakı Lift İdarəsinin mexaniki olub və həmin vaxt o, ticarət mərkəzinin liftini təmir edirmiş. Hadisə zamanı liftdə nasazlıq yaranıb və N.Məmmədov şaxtaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info