Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq.
Gununsesi.info xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayında keçiriləcək. Konsert saat 20:00-da başlayacaq.
Gecə ərzində DATO və Bravo Metehi öz repertuarlarından sevilən mahnıları canlı ifada təqdim edəcəklər. Konsert proqramında emosional lirik əsərlərlə yanaşı, gürcü musiqisinin milli koloritini əks etdirən kompozisiyaların da səsləndiriləcəyi bildirilir.
DATO uzun illərdir Azərbaycan tamaşaçısının da tanıdığı və sevdiyi gürcü ifaçılardan biridir. Onun Bakıda keçiriləcək konserti musiqisevərlərin maraqla gözlədiyi tədbirlər sırasında yer alır.
Qeyd edək ki, tədbirin təşkilatçısı 33 EVENT-dir. Şirkətin məlumatına görə, DATO daha əvvəl də onun təşkilatçılığı ilə Bakıda konsert proqramı ilə çıxış edib.
Şəbnəm











