“Azeri Light” cüzi ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 06 Avqust 2026 09:51

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

Gununsesi.info  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar və ya 0.70% azalaraq 91.04 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info