Dövlət bayrağını geyim üzərində istifadə etmək olarmı?

  • Müəllif: Orxan
  • 05 Avqust 2026 17:28

Bir çox hallarda şahidi olmaq olur ki, geyimlərin üzərində dövlət bayrağı olur.

Bu, bəzən müzakirə də yaradır.

Maraqlıdır, konkret olaraq buna icazə varmı?

Gununsesi.info-ya bu barədə hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, Azərbaycan Dövlət Bayrağı dövlət rəmzidir və ona hörmətlə yanaşılması qanunla tələb olunur.

“Bayrağın təsvirinin geyimlərdə, suvenirlərdə və digər məhsullarda istifadəsi özlüyündə qadağan edilmir. Lakin bayrağın təhqir edilməsi, qəsdən zədələnməsi, alçaldıcı formada nümayiş etdirilməsi və ya ona hörmətsizlik kimi qiymətləndirilə biləcək davranışlar hüquqi məsuliyyət yarada bilər”,-deyə o qeyd edib.

Elmar

Gununsesi.info