Vətəndaş “Azəronlineinternet” şirkətinin göstərdiyi internet xidmətindən narazı olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, toplumsal şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, internet cəmi yeddi gün əvvəl qoşulsa da, bu müddətdə xidmətdən yalnız üç gün istifadə etmək mümkün olub.
“Yeddi gündür gəlib internet çəkiblər. Bu müddətdə cəmi üç gün işləyib. Aylıq ödəniş isə 25 manatdır. İnternet demək olar ki, bütün gün işləmir. 82 20 nömrəsinə zəng edirik. Bir dəfə deyirlər bazar günü işləmirik, başqa dəfə isə kabellərdə problem olduğunu bildirirlər. Bu gün internet saat 13:00-dan 21:00-dək işləməyib. Guya texniki işçi göndəriləcəkdi, amma problem həll olunmadı. Çox narazıyıq. Hara şikayət edəcəyimizi də bilmirik. Əvvəllər 13 manatlıq internetdən istifadə edirdik və ondan razı idik.”
Paylaşımda qeyd olunub ki, hadisə Daşkəsən rayonunun Dəstəfur kəndində baş verib.
Firuzə












