Təhsil eksperti, sabiq deputat Etibar Əliyev ölkədə elm və ali təhsil sahəsində gender balansı ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Ali Neft Məktəbində elmi dərəcə alanlar arasında qadınlar üstünlük təşkil edir.
Ekspertin sözlərinə görə, elmi tədqiqat institutlarında və ali məktəblərdə gender balansı artıq qadınların xeyrinə formalaşıb.
O hesab edir ki, elm sahəsində qadınların sayının artması fonunda kişilər elmi fəaliyyətə marağını getdikcə itirir.
Etibar Əliyev bu tendensiyanı “elmin qadın sənətinə çevrilməsi” kimi qiymətləndirərək, kişilərin elmdən üz döndərdiyini iddia edib.
Elmar












