Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

  • Müəllif: Firuzə
  • 05 Avqust 2026 19:56

Azərbaycan Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə fəxri ölkə seçilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov X hesabında yazıb.

Bildirilib ki, Azərbaycan Laraş şəhərində təşkil olunmuş Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə iştirak edib:

“Səfirliyin müvəqqəti işlər vəkili Tural Rəsulov Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin mükəmməlliyini, həmçinin xalqların yaxınlaşmasında, beynəlxalq mübadilələrin inkişafında diasporların əsas rolunu vurğulayıb”.

Gununsesi.info