Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

  • Müəllif: Orxan
  • 06 Avqust 2026 14:15

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir.

Gununsesi.info xəbər verir ki, bu, Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 15 yaşdan yuxarı əhalinin 48,2 faizi artıq çəkili (BKİ 26-30)10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir. Normal bədən kütlə indeksinə malik olanların payı 40,4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1,4 faiz təşkil edir.

Statistikaya əsasən, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. Belə ki, 45-64 yaş qrupunda əhalinin 61,1 faizi artıq çəkili16,6 faizi isə piylənmədən əziyyət çəkir65 yaş və yuxarı əhali arasında isə artıq çəkililərin payı 61 faiz, piylənmədən əziyyət çəkənlərin payı 18,6 faizdir.

Azərbaycanda kişilərin 53,7 faizi artıq çəkili9,3 faizi piylənmədən əziyyət çəkir. Qadınlarda isə 43,2 faiz artıq çəkili10,7 faiz piylənmə göstəricisi qeydə alınıb.

Rəsmi statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69,7 kiloqram, orta boyu isə 167,5 santimetrdir. Kişilərin orta çəkisi 73,7 kiloqram, qadınların orta çəkisi 66,1 kiloqram təşkil edir.

Gununsesi.info