Paşinyan Mixaylovu işdən çıxardı

  • Müəllif: Firuzə
  • 05 Avqust 2026 11:38

Ermənistan Baş nazir Nikol Paşinyan Arsen Mixaylovu köməkçisi vəzifəsindən azad edib.

Gununsesi.info xəbər verir ki, Ermənistan hökumətinin başçısı bununla bağlı müvafiq qərarı imzalayıb.

“Dövlət qulluğu haqqında” Qanunun 9-cu maddəsinin 10-cu hissəsini rəhbər tutaraq, baş nazirin köməkçisi vəzifəsini icra edən Arsen Mixaylov vəzifəsindən azad edilsin”, – Paşinyanın qərarında bildirilib.

Gununsesi.info