Çempionlar Liqası: “Sabah”ın bugünkü oyunu hansı TV-də yayımlanacaq?

  • Müəllif: Orxan
  • 05 Avqust 2026 14:38

Bu gün UEFA Çempionlar Liqasnın 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın “Sabah” klubu səfərdə “Orhus”la oynayacaq.

Gununsesi.info xəbər verir ki, Danimarkada keçirləcək matç İctimai TV-də canlı yayımlanacaq.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Bu komandalar arasında cavab görüşü isə avqustun 11-də Bakının Masazır qəsəbəsindəki stadionda oynanılacaq.

Gununsesi.info