“Muğanbank”ın xəzinədarı 8 il azadlıqdan məhrum edildi

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 13:07

muganbank

Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın Dostluq filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manatı dələduzluq yolu ilə ələ keçirib.  O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Gununsesi.info