İnək oğruları tutuldu 

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 13:09

inek
2 baş inəyi oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini və Cəlilabad rayon sakini tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 4-də rayon sakini Ramil Kərimovun həyətyanı sahəsindən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini, əvvəllər məhkum olunmuş Seymur Rzaxanov və Cəlilabad rayon sakini Şəmsəddin Əsgərov tutulublar.

Anar
Gununsesi.info