Türkiyədə əməliyyat: 30 NƏFƏR TUTULUB

  • Müəllif: admin
  • 13 Sentyabr 2017 13:00

feto_polis

Fətullahçı Terror Təşkilatı və Paralel Dövlət İdarəçiliyilə (FETÖ/PDY) bağlı istintaq işini aparan Ankara Baş Prokurorluğu Qanun Hökmündə Qərarnamə (KHK) ilə fəliyyətləri dayandırılan özəl məktəb və xüsusi hazırlıq kurslarında çalışmış 79 nəfər barəsində həbs qərarı çıxarıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğun sanksiyası ilə fəaliyyətə keçən təhlükəsizlik qüvvələri şübhəlilərin həbs olunması üçün əməliyyata başlayıb.

İlkin məlumata görə, artıq 79 nəfər şübhəlidən 31-i nəzarətə götürülüb. Hazırda digər şəxslərin müəyyən edilib tutulması üçün əməliyyat- axtarış tədbirləri davam etdirlir.

Qeyd edək ki, onlar FETÖ və PDY ilə əməkdaşlıqda şübhəli bilinirlər.

Anar

Gununsesi.info