25-30 yaşlarında kişi özünü 17-ci mərtəbədən atıb

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 11:28

ozunu binadan atan adam intihar

Bakıda naməlum kişi intihar edib. 

Gununsesi.info bildirir ki, Nəsimi Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

25-30 yaşlarında naməlum kişi Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü atıb.

Hadisə yerində keçinən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Gununsesi.info