Zakir Həsənov TAPŞIRIQ VERDİ - FOTOLAR

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 17:10
59c114be17a64_c56b3c4192e848463b506aaf6e71538b
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını ediblər.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlər ilə tanış olaraq müvafiq tapşırıqlar verib.
Gununsesi.info