Azər Tağıyev Vəkillər Kollegiyasının sədrliyindən getdi -(EKSKLÜZİV)

  • Müəllif: admin
  • 28 Sentyabr 2017 00:01

azertagiyev

Uzun illərdən bəri Vəkillər Kollegiyasına rəhbərlik edən Azər Tağıyev sədrlikdən kənarlaşdırılıb. Bu barədə Gununsesi.info-ya Kollegiya sədrinə yaxın mənbələrdən biri məlumat verib. Məlumatda bildirilir ki, Rəyasət Heyətinin 27 sentyabr 2017-ci il tarixli iclasında Azər Tağıyev istefa ərizəsini təqdim edib. Səsvermə yolu ilə sədlikdən kənarlaşdırılan Tağıyevin səlahiyyətləri onun 68 yaşlı müavini Fərhad Nəcəfova verilib.

Gununsesi.info-ya açıqlamasında Fərhad Nəcəfov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Azər Tağıyevin istefası onun səhhətində yaranmış problemlərlə bağlıdır. Fərhad Nəcəfov bildirib ki, qarşıdakı dövr ərzində konfrans keçiriləcək və kollegiyanın yeni sədri bəlli olacaq.

Gununsesi.info