
Şimali Koreya yeni raket təxribatlarına hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın KBS kanalı yayıb. Məlumatda bir neçə Şimali Koreya raketinin bir müddət öncə Pxenyanın şimal hissəsində olan Sanum-Done raket kompleksindən gətirildiyi deyilir. Lakin onların nə vaxt və hara aparıldığı məlum deyil.
Qeyd edək ki, Cənubi Koreya rəsmisi Şimali Koreyanın Kommunist Partiyasının qurulmasının ildönümü ilə əlaqədar oktyabrın 10-da təxribatlar ola biləcəyi narahatlığını ifadə edib.
Gununsesi.info












