
Paytaxtda terror hadisəsi törətmək istəyən İŞİD terror təşilatının üzvləri zərərsizləşdirilib. Onlar paytaxtda ictimai nəqliyyatda terror hadisəsini planlaşdırırmışlar.
Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, Moskva Federeal Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının üzvlərini ifşa edərək zərərsizlədirib.
Şimali Qafqazdan olan bu şəxslər xarici emissarlar tərəfindən idarə olunublar. Onlar Moskvada ictimai nəqliyyat və əhalinin çox olduğu yerlərdə terror hadisəsi törətməyi planlaşdırıblar. Güc strukturları terror təşkilatının bütün üzvlərini zərərsizləşdirib və onlardan xeyli sayda silah-sursat götürüblər. Onlardan güclü partlayışa səbəb olacaq əldə düzəltmə partlayıcı qurğu, 2 ədəd PM-9mm pistoleti, RQD-5 qranatamyotu və digər qurğular aşkar edilərək götürülüb.
Gununsesi.info












