Qadın sahibkarlara 10.4 milyon manat kredit verilib

  • Müəllif: admin
  • 02 Oktyabr 2017 16:32

kredit_0001

Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 2016-cı il ərzində 263 qadın sahibkara 10.4 milyon manat dövlətin güzəştli kreditləri veriib.

Gununsesi.info xəbər verir ki, bu haqda Sahibkarlığa Kömək Milli Fondu açıqladığı hesabatında bildirir.

Məlumata görə, qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə xalçaçılıq, tikişçilik, şirniyyat istehsalı və digər sahələrinə investisiya edilib. 2016-cı il ərzində müvəkkil kredit təşkilatları tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına 126,2 milyon manat vəsait daxil olub.

Qeyd edək ki, ötən il Fond vasitəsilə 2477 sahibkarlıq subyektinə 189.4 milyon manat dövlətin güzəştli kreditləri verilib. Güzəştli kreditlərin 82.3%-i aqrar sektorun, 17.7%-i müxtəlif sənaye sahələrinin inkişafına verilmişdir.

2017-ci il 1 yanvar tarixinə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1.05 milyard manat təşkil edib.

Vüsalə

Gununsesi.info