AFFA “Qəbələ”ni cərimələdi

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 13:42

affa-bina

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Gununsesi.info AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib:

Topaz Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Kəpəz” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.