
Suriyada Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info-nun apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə təyyarə Hmeymim aviabazasından havaya qalxarkən baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Pilotlar katapult etməyə imkan tapmayıblar. Hər iki pilot ölüb.
Gununsesi.info












