TANAP qaz boru kəməri çəkilən ərazidə Roma dövrünə aid məzarlıq aşkar edilib - FOTOLAR

  • By admin
  • 10 Oktyabr 2017 12:06

1666398_01927f9f15a0fbee31ea94c009857904

Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz-2” yatağındakı qazın Avropa bazarına çıxarılması üçün çəkilən Transanadolu qaz boru kəmərinin Türkiyənin Kütahya əyalətinin Domaniç rayonu ərazisində qaz boru kəmələri üçün qazıntı işləri aparılarkən məzarlıq aşkar edilib.

Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, məzarlığın Roma dövrünə aid edildiyi bildirilir.

Məzarlıq boru xəttinin Dəyirman Kırı deyilən ərazidən keçən hissəsində aşkar edilib. Məzarlıq aşkar edildikdən sonr Kütahya Muzey İdarəsinə xəbər verilib və məzarlıqdakı insan skletləri araşdırılıb. Və bəlli olub ki, bu məzarlıq təqribən eramızdan əvvəl 2-ci və ya 3-cü əsrə məxsus Roma dövrünə aiddir. Qazıntı zamanı 5 kirəmit  saxsı məzar aşkar edilib. Məzarlıqdakı skletlərin kişi, qadın və uşaqlara aid olduğu bəlli olub.

Rəsmilərin dediyinə görə, qaz kəmərinin keçdiyi ərazilərdə yeni belə məzarlığın aşkar edilməsi istisna deyil.

1666398_940x531

1666398_446c63ec0621fa876d7dd7c2c316d7f1

Gununsesi.info