Suriyada Rusiyanın Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 12:00

teyyare qeza

Suriyada Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə təyyarə Hmeymim aviabazasından havaya qalxarkən baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Pilotlar katapult etməyə imkan tapmayıblar. Hər iki pilot ölüb.

Gununsesi.info