“Ukrayna MDB-də fəaliyyətini dayandırıb”

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 19:40

ukrayna_bayragi

“Ukrayna əvvəlki kimi MDB xətti ilə bir sıra tədbirlərdə iştirak edir. Baxmayaraq ki, bu, de-fakto passiv iştirakdır”.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

“Təəssüflər olsun ki, Ukrayna hazırda de-fakto MDB-nin bir çox orqanlarında fəaliyyətini dayandırıb. Lakin bununla belə bir sıra orqanların fəaliyyətində iştirak edir. Bir müddət əvvəl Moskvada MDB İqtisadi Şurasının iclası keçirilmişdi, orada Ukrayna nümayəndəsi iştirak edirdi. De-yure Ukrayna MDB-nin tərkibində qalır, de-fakto isə təəssüf ki, onun iştirakı çox passivdir. Bu iştirak sıfıra bərabər deyil, lakin çox passivdir”, – deyə S. Lebedev vurğulayıb.

Gununsesi.info