
Müğənni Gökhan Doğanayın avtomobilinə silahlı hücum olub.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı maşınında güllələnib. Gökhan ayağından 3 güllə yarası alıb.
Dostları tərəfindən xəstəxanaya çatdırılan Doğanayın vəziyyətinin normal olduğu deyilib. Sənətçinin maşınında 12 güllə izi aşkarlanıb.
Polis silahlı hücumu təşkil edənləri axtarır.

Gununsesi.info












