
Məşhur inglis futbolçu Devid Bekhemlə müğənni həyat yoldaşı Viktoriya arasında problem yaranıb.
Gununsesi.info xəbər verir ki, Devidin Şotlandiyanın məşhur aristokrat ailəsindən olan model Ledi Meri Karterislə yaxınlığı Viktoriyanın qısqancılığına səbəb olub. Dörd uşaq atası olan Bekhemin 30 yaşlı modellə tez-tez gecə klublarında əyləndiyi iddia edilir.
Qeyd edək ki, ledi Meri də ailəlidir, o 2012-ci ildə musqiçi Robbi Rörze ilə ailə qurub.
Gununsesi.info











