Sergey Lavrov Reks Tillersonla görüşəcək

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 13:30

lavrov tillerson

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçiriləcək.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. 

O, Lavrovun Tillersonla görüşünün noyabrda Vyetnamda keçiriləcək Asiya-Sakit okean ölkələri İqtisadi Əməkdaşlıq  təşkilatının sammitində baş tuta biləcəyini söyləyib: “Lavrov da, Tillerson da Vyetnamda keçiriləcək sammitdə olacaqlar. Lakin bizdə mümkün görüşün vaxtı və tarixi ilə bağlı dəqiq məlumat yoxudr. Bununla belə, iki ölkə arasında suallar yığılıb qalıb, fikrimcə bu görüş baş tutmaya bilməz”. 

Gununsesi.info