“Qarabağ” “Çelsi” azarkeşləri üçün ayırdığı biletlərin sayını açıqladı

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 13:24

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” komandası ilə üz-üzə gələcək İngiltərənin “Çelsi” klubunun azarkeşlərinə 3664 bilet ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Report London təmsilçisinin rəsmi saytına istinadən məlumat yayıb. Qeyd edilir ki, biletlər 2 – 10 noyabrda satışda olacaq. Qiymət isə 4,5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Gununsesi.info