“Çelsi” azarkeşləri üçün Bakıda bilet neçəyə olacaq? – Qiymət açıqlandı

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 16:20


Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la səfər oyunu üçün “Çelsi” fanatlarına bilet ayrılıb.

Gununsesi.info xəbər verir ki, biletlər 2 – 10 noyabrda satışda olacaq.

Qiymət isə 4.5 funt sterlinq (10 manat) müəyyənləşdirilib. Biletlərin sayı 3664 ədəddir.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Gununsesi.info