Silahlı Qüvvələrin Qərargah rəisi dəyişdirildi - MİSİRDƏ

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 21:40

Misir prezidenti Əbdül Fəttah əs-Sisi şənbə günü ölkənin Silahlı Qüvvələrinin yeni Qərargah rəisini təyin edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qeyd olunan vəzifəyə Məhəmməd Fərid Hiqazi təyin olunub. Əvəz olunan general-leytenant Mahmud Hiqazi isə strateji planlaşdırma və böhranların idarə olunması üzrə prezidentin müşaviri postunu tutacaq.

Qeyd edək ki, yeni SQ-in Qərargah rəisi öncə qurumun baş katibi və müdafiə nazirinin köməkçisi olub. O, prezidentin əmri ilə general-leytenant rütbəsinə qədər yüksəldilib.

Gununsesi.info