
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərinə gömrük baxışı keçirilib.
Gununsesi.info DGK-ya istinadən xəbər verir ki, gömrük baxışı zamanı, həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 200 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












