Putinin yaxın ətrafı 24, Köçəryan isə 4 milyard dollarlıq sərvətə sahibdir - HESABAT

  • Müəllif: admin
  • 30 Oktyabr 2017 11:30

Beynəlxalq korrupsiya araşdırma və mütəşəkkil cinayətkarlıq mərkəzi Rusiyanın “Novaya qazeta”sı ilə birgə Rusiya prezidentinin ən yaxın ətrafının 2017-ci il üçün sərvəti barədə hesabat hazırlayıb.

Hazırlanmış hesabatda Putinin ən yaxın ətrafının 24 milyard dollar sərvətə malik olduğu qeyd olunub.

Gununsesi.info “Novaya qazeta”ya istinadən xəbər verir ki, bu siyahıda  Putinin uşaqlıq və gənclik illərinin dostları yer alır.

Siyahıda Putinə yaxınlığı ilə seçilən “Bank Rossiya”nın direktorlar şurasının sədri Yuriy Kovalçuk, “Volqa qrup” şirkətinin rəhbəri Gennadiy Timçenko və çoxsaylı aktivlərə malik Arkadiy və Boris Rotenberqlərdir. Bu şəxslər mütəmadi olaraq Putindən maliyyə cəhətdən ən iri sifarişlər alırlar. Moskvada hamı adıçəkilən bu şəxslərin Putinə ən yaxın adamı və onun “pul kisəsi” hesab edirlər. Məhz ona görə də Moskvada hesab edirlər ki, bu şəxslərin adına qeyd olunan aktiv və mülklərin böyük bir qismi Putinin və onu ailəsinə məxsusdur.

1in.am isə yazır ki, buna elə də təəccüblənmək və bunu fantastik rəqəm hesab etmək lazım deyil. Reallıqda Putinin varidatı deyildiyindən də qat-qat artıqdır.

1in.amın yazdığına görə, zamanında Ermənistan prezidenti Robert Köçəryan hakimiyyətdə olduğu 10 ilə yaxın müddətdə kasıb Ermənistandan 4 milyard dollar oğurlaya bildisə, uzun müddət Rusiya kimi varlı bir dövlətin rəhbərinin bu qədər sərvətə malik olması elə də təəccüblü görünməməlidir.

1998-ci ildə Ermənistanda “Mənim partiyam-xalqdır” şüarı ilə hakimiyyətə gələn Robert Köçəryan ölkədə kriminal-oliqarx korrupsioner hakimiyyət piramidasını formalaşdırdı. Hazırda Köçəryanın şəxsi varidatının 4 milyard dollar olduğu bildirilir.

1in.am onu da qeyd edir ki, Köçəryandan sonra bu cinayətkar oliqarx sisteminin başında müəyyən dəyişikliklərlə Serj Sarkisyan əyləşib və erməni xalqının qanını içməklə məşğuldur. Sarkisyanın adı bir sıra qalmaqallı mülk, müəssisə, şirkətlərdə hallanır. Hansı ki, Ermənistanda hökm sürən bu korrupsioner rejim beynəlxalq aləmdə ölkənin imicinə  ciddi zərbə vurur.

Erməni mediasının yazdığına görə, acı olsa da, erməni cəmiyyəti bu korrupsiya sisteminə dözümlə yanaşır, əksinə hansısa formada hakimiyyətin bu korrupsioner prosesinə cəlb olunub və nəticə olaraq xalq bunun qurbanına çevrilir.

Mürtəza

Gununsesi.info