Gömrükçülər nəzarətdən gizlədilmiş 1200 ədəd siqaret aşkar edib

  • Müəllif: admin
  • 30 Oktyabr 2017 11:36

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərinə gömrük baxışı keçirilib.

Gununsesi.info DGK-ya istinadən xəbər verir ki, gömrük baxışı zamanı, həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 200 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info