Gələn il həyat səviyyəsi 3 faiz enəcək - NEMƏT ƏLİYEV

  • Müəllif: admin
  • 02 Noyabr 2017 16:24

“2018-ci ilin dövlət büdcəsindən əməyin ödənişinə ayrılan vəsaitlər cəmi 3,4%, təqaüd və sosial müavinətlərə ayrılan vəsaitlər isə 2,2% artacaq. Buna baxmayaraq, hökumət növbəti ilə 6,1% bahalaşma proqnozlaşdırıb”.

Gununsesi.info-ya bunu iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

N.Əliyev qeyd edir ki, əgər hökumətin gələn il bahalaşma səviyyəsinə dair açıqladığı bu proqnoza inansaq belə, yenə də həyat səviyyəsi 3%-dən çox pisləşəcək: “Lakin gələn il bahalaşma səviyyəsi daha yüksək olacaq. Çünki istehsal və bazar dövriyyəsinin enməkdə olduğu bir şəraitdə inflyasiya göstəricisinin hazırkı ikirəqəmli həddən birrəqəmli səviyyəyə enməsini mümkün deyil”.

Vüsalə

Gununsesi.info