Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, bunu vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov nazirlikdə keçirilən vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclasında deyib.

Nazir, xüsusilə vergi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə bir neçə gün öncə ayrıca əmr imzalandığını bildirib.

Həmin əmrə əsasən, müraciətlərin hərtərəfli araşdırılmasını təmin etmək, habelə vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi məqsədilə nazirliyin aparatında müraciətlər müsbət həllini tapmadıqda ərizəçilər və ya onların səlahiyyətli nümayəndələri vergilər nazirinin birinci müavini və ya müvafiq sahəni kurasiya edən nazir müavinləri tərəfindən qəbul edilməli, qaldırılan məsələlər bir daha araşdırılmalı və yalnız bundan sonra ərizəçilərə onların müraciətlərinə baxılmasının nəticələri barədə cavab verilməlidir.

Vergilər naziri aidiyyatı strukturlara sözügedən əmrdən irəli gələn məsələlərə ciddi əməl etməyi tapşırıb.

Gununsesi.info