Şimali Koreya ABŞ-a şərtini açıqladı

  • Müəllif: admin
  • 17 Noyabr 2017 20:20


Şimali Koreyanın BMT Daimi Nümayəndəliyindəki səfiri Han Tae Sonq ölkəsinin ABŞ-a şərtini açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ və Cənubi Koreyanın hərbi təlimlərə son qoymadan, Şimali Koreyanın danışıqlara başlamayacağını bildirib.

Han Tae Sonq deyib ki, Ş.Koreya nüvə gücünü daha da təkmilləşdirməyi planlaşdırır:

“Nüvə proqramına son qoymağı düşünmürük. Bu, ABŞ-a qarşı böyük gücdür. Buna görə, Tramp tərəfindən tətbiq ediləcək yeni sanksiyalara da hazırıq”.

Gununsesi.info