Çavuşoğlu: Trampın sözünü tutmasını gözləyirik...

  • Müəllif: admin
  • 25 Noyabr 2017 17:33


Türkiyənin Xarici İşlər nazir Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın YPG terror qruplaşmasının silahla təchizatına son qoyulması ilə bağlı açıqlamasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, XİN rəhbəri ABŞ Prezidenti Donald Trampın sözünü tutmasını gözlədiklərini bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Donald Trampın YPG-nin silah təchizatını dayandırdıqları fikrini söylədiyi açıqlanmışdı.

 

Gununsesi.info