
Almatı yaxınlığındakı Zareçniy qəsəbəsindəki LA155/8 həbsxanasının məhbusları 1 dekabr Qazaxıstanın birinci prezidentinin seçildiyi gün şərəfinə Nursultan Nazarbayevə mahnı bəstələyiblər.
Gununsesi.info “Tengrinews.kz”ə istinadən xəbər verir ki, “Talyemizin bayrağı” («Znamya naşey sudbı») kompozisiyasını 26 yaşlı Yevgeni Xoxlov ifa edib. Mahnının sözləri məhbus Andrey Alimov və Mixail Mısikova məxsusdur.
Mahnının nəqarətinda belə deyilir:
«Мы под крылом Акорды. Наш президент Нурсултан. И знамя нашей судьбы – наш Казахстан. И от Тянь-Шанских снегов, и до сибирской тайги – все это наша земля, все это мы».
Qeyd edək ki, Xoxlov Nursultan Nazarbayevin çox bəyəndiyi “Bahar nə zaman gələcək” (“Когда весна придет”) mahnısını ifa edib.
Adıçəkilən həbsxana ağır cinayətlərə görə həbs olunan məhkumların cəza çəkdiyi həbsxanadır və burada 804 məhbus var.
Birinci prezident günü münasibəti ilə Almatıdakı Furmanov küçəsinə Nursultan Nazarbayevin adı verilib. Mərkəzi dövlət muzeyində ağacdan Nazarbayevin şəcərəsini əks etdirən genealoji ağac hazırlanıb. Ağacın başı günəş formasında olub və orada Nazarbayevin əjdadlarının adı əks olunub. Orada Abiş, Nazarbay, Koşek, Karasay, Eskoja, Şapıraştı, Baydibekin adı əks olunub. Ağac qiymətli daş-qaşlarla hazırlanıb. Sərgidə 700 eksponat nümayiş olunub.

Gununsesi.info












