Milyarder şahzadə Əl-Valid bin Talal hakimiyyətlə DANIŞIQLARA GETMƏKDƏN İMTİNA ETDİ

  • Müəllif: admin
  • 02 Dekabr 2017 13:17

Korrupsiya əməllərində şübhəli bilinərək həbs edilən səudiyyəli  milyarder şahzadə Əl-Valid bin Talal hakimiyyətin ona qarşı irəli sürdüyü ittihamları və təklifləri rədd edib. Milyarder şahzadə Valid öz maraqlarını beynəlxalq məhkəmədə müdafiə etməyə hazır olduğunu bəyan edib.

Gununsesi.info “Ammon News”a istinadən xəbər verir ki, Səudiyyə hakimiyyəti tərəfindən çirkli pulların yuyulması, rüşvət vermək, rəsmi şəxsləri şantaj etməkdə ittiham edilən milyarder şahzadə Valid ona qarşı sürülün ittihamları qəbul etməyərək, beynəlxalq auditor şirkətinin prosesə cəlb olunmasını tələb edir.

O, beynəlxalq auditorlar vasitəsi ilə gəlirlərinin mənbəyini sübut etmək istəyir. Bununla belə, həbs olunan milyarder işi ilə əlaqədar olaraq müstəqil beynəlxalq ekspert və məhkəmə instansiyalarının iştirakı ilə müstəqil araşdırma aparılmasını tələb edir.

Gununsesi.info