Rusiya səfirliyinin avtomobili Bakıda qəzaya düşdü

  • Müəllif: admin
  • 04 Dekabr 2017 11:12

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Ağaoğlu küçəsində qeydə alınıb. Rusiya Federasiyasının Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 16 dövlət qeydiyyat nişanlı avtomobil “BMW” markalı, 10 TL 443 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info