“Mərkəzi Bankın anbarlarında yığılan pullar ucuz kreditlərə yönəldilməlidir” - NEMƏT ƏLİYEV

  • Müəllif: admin
  • 04 Dekabr 2017 11:06

2017-ci ilin yanvar-oktyabr aylarında pul bazası 8.5 milyard manat təşkil edib.

Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisəpul bazası 7.8 faiz artıb.

Qeyd edək ki, 2014-cüilin dealvasiyasından sonra iqtisadiyyatda oul bazası azalmağa doğru gedir. Belə ki, iqtisadiyyatda dövriyyədə olan pul həcminin ən yüksək həddi 2014-cü ilin avqust ayında olub-11.7 milyard manat. Ondan sonra iqtisadiyyata yönələn pul bazası azalmağa doğru gedir. Bununla Mərkəzi Bank inflyasiya səviyyəsini cilovlamağa, dollara olan tələbatı azaltmağa çalışdı. Nəticədə iqtisadiyyatda kapital çatışmazlığı sahibkarlar üçün böyük çətinliklər yarandı.

İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, ölkənin Mərkəzi Bankı anbarlara yığdığı milyardlardan heç olmasa 2 milyardını illik 2%-lə kommersiya banklarına verərsə, bu onlar üçün yardım olar: “Banklar da həmin kreditləri 4%-lə əhaliyə, ticarət, xidmət sahələrində, emalda, kənd təsərrüfatında çalışmaq, özünü göstərmək istəyən sahibkarlara kreditlər verərsə, bu, ölkədə canlanma yaradar. Əhali də belə ucuz kreditlər hesabına irəli düşər”.

İqtisadçının zənnincə, həmin kreditlər hesabına iqtisadiyyatın kapital çatışmazlığını da təmin etmək olar.

Vüsalə

Gununsesi.info