
Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
O qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün substantiv danışıqlar üzrə səylərini davam etdirəcək.
Qeyd edək ki, E.Məmmədyarovun həmsədrlərlə danışıqları ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində keçirilir.
Gununsesi.info











