Baş nazir Əli Əsədov sentyabrın 8-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səylərinin ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rolu vurğulanıb.
İki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin müsbət dinamikası vurğulanıb. Yaşıl enerji sahəsində birgə layihələrin uğurla həyata keçirildiyi, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.













