Hindistanda güclü zəlzələ baş verib

  • Müəllif: admin
  • 06 Dekabr 2017 21:06

Hindistanın Uttarakxand ştatında 5,5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanların episentri Ridapryaq dairəsində, ocağı 30 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Dehli daxil olmaqla bir sıra yaşayış məntəqələrində hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Gununsesi.info