BMT təcili iclas keçirəcək - TRAMPA GÖRƏ

  • Müəllif: admin
  • 07 Dekabr 2017 08:10

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.

Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə – Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.

Gununsesi.info