Aİ Ukraynaya “Patriot” üçün 3,2 milyard avro ayırıb

  • Müəllif: Orxan
  • 09 Sentyabr 2026 13:00
Avropa İttifaqı Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb.
Gununsesi.info-nun xəbərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasına imkan verəcək.
Vəsait Aİ-nin “Ukraynaya Dəstək Krediti” proqramı çərçivəsində təmin edilir.
Ukrayna Müdafiə Nazirliyi qərarın xüsusilə payız-qış mövsümündə ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bəyan edib.
Kiyev vurğulayır ki, “Patriot” raketləri xüsusilə Rusiyanın ballistik raketlərinə qarşı müdafiə üçün həyati vacibdir.
Aİ-nin bu qərarı “Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupu”nun növbəti görüşündən sonra açıqlanıb.
İclas zamanı NATO-nun Baş katibi Mark Rutte Ukraynaya hərbi yardımın mümkün qədər tez çatdırılmalı olduğunu bildirib və ləngimələrin insan tələfatına səbəb olduğunu vurğulayıb.