Merkel Trampa qarşı çıxdı - “ALMANİYA ABŞ-I DƏSTƏKLƏMİR”

  • Müəllif: admin
  • 07 Dekabr 2017 08:30

Almaniya kansleri Angela Merkel ABŞ lideri Donald Trampun Qüdslə bağlı qərarını dəstəkləmir.

Gununsesi.info xəbər verir ki,  bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.

“Almaniya hökuməti və kansler ABŞ-ın mövqeyini dəstəkləmir. Çünki Qüdsün statusu “iki dövlət formulu” çərçivəsində müzakirə edilməlidir”, deyə Ş.Zaybert qeyd edib.

Gununsesi.info