İsraildə parka Donald Trampın adı veriləcək

  • Müəllif: admin
  • 08 Dekabr 2017 09:15

İsraildə Kiryat-Yam şəhər parkına ABŞ prezidenti Donald Trampın adı veriləcək.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bu qərara Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi bəyanatından sonra gəlinib.

“ABŞ prezidenti sələflərinin edə bilmədikləri cəsarətli və misilsiz bir addım atıb”, – deyə şəhər meri David Even Tsur bildirib.

Qeyd olunan məkan bundan sonra “Donald Tramp Parkı” adlandırılacaq.

Gununsesi.info